Rostovdan Bakıya birbaşa uçuş - Qiymət açıqlandı

media-hightechnic-468x90

Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhəri yaxınlığında yerləşən “Platov” hava limanından Bakıya birbaşa uçuşlara başlanılır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Rostovdan Bakı istiqamətində ilk təyyarə iyulun 6-da havaya qalxacaq.

Uçuşlar həftədə bir dəfə – şənbə günləri “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.

Təyyarə “Platov”dan yerli vaxtla 15:00-da havaya qalxacaq və 18:20-də Bakıya eniş edəcək. Beləliklə, uçuş vaxtı 2 saat sürəcək. Bakıdan Rostova təyyarələr 12:50-də uçacaq və 13:50-də “Platov”da yerə enəcək.

Bir istiqamətdə biletin qiyməti təqribən 190 dollardır./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05