Röya Tbilisidə ilk solo konserti ilə hər kəsi VALEH ETDİ
Xalq artisti Röya Ayxan Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirdiyi ilk solo konserti ilə səhnəni fəth edib.
Yenicag.az xəbər verir ki, pop kraliçası gecə boyu illərin hitlərini canlı ifa edərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Möhtəşəm səhnə performansı, yüksək enerjisi və özəl obrazı ilə Röya gecənin ən çox danışılan adı olub.
Sənətçinin parlaq səhnə görünüşü üzərində vizajist Babək Qədirov və saç ustası Roman Məmmədov çalışıb. Röyanın xarici brendə məxsus zərif libası isə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Konsertdə müğənnini peşəkar musiqiçilər heyəti müşayiət edib. Gecənin ən sürpriz anlarından biri isə Röya Ayxanın qardaşı İsmail Zadə ilə birlikdə səsləndirdiyi “Nankor” dueti olub.
Anşlaqla keçən konsertdən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq izləyicilərin rəğbətini qazanıb.

Cəvahir













