Ruhi xəstə damarlarını kəsdi-Gəncədə

media-hightechnic-468x90

bicaqdadaaGəncə şəhər sakini damarını kəsərək intihara cəhd edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Şəhər sakini, 1983-cü il təvəllüdlü Asim Hüseynov qolundakı damarını kəsdiyi uçun Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Keyləşdirici iynə vurulduqdan sonra A. Hüseynov xəstəxananın travmatologiya və reanimasiya şöbələrini dağıtmağa başlayıb.

Xəstəxanadan bildirilib ki, pəncərə şüşələrini, laboratoriyada bir sıra avadanlıqları sındıran A. Hüseynov tibb ocağına çağırılan polis əməkdaşları tərəfindən saxlanılıb. Sonra həkimlər onun damarına tikiş qoyublar.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından bildirilib ki, A. Hüseynov ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün Gəncə ruhi əsəb xəstəxanasına göndərilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600