Rus təyyarəsi Latviyada göründü

media-hightechnic-468x90

img1745500Latviya ordusu NATO-nun həyəcan siqnalı ilə Typhoon qırıcılarını yenidən havaya qaldırıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, buna səbəb Baltik dənizinin üzərində Rusiyanın İL-20 kəşfiyyatçı təyyarəsinin görünməsi olub.

Baltik dənizi üzərində hava məkanının mühafizəsi ilə məşgul olan NATO-nun Typhoon qırıcıları Rusiya Hərbi Hava Qüvvələrinin İL-20 təyyarəsini ələ keçirmək üçün havaya qalxıblar.

Rusiyanın hərbi təyyarələri NATO-nun reaksiyasını yoxlamaq və ola bilsin, döyüş şəraitini imitasiya etmək məqsədilə Avropanın hava məkanında uçuşlarını artırıb.

Bunula bərabər Rusiya pilotları aviadispetçerlərlə əlaqəyə girmir. Son aylar Rusiya hərbi təyyarələrinin NATO-ya üzv ölkələrin hava boşluğuna və Avropa səmasında uçuşlar həyata keçirərək təhlükəsizlik qaydalarını pozması haqqında xəbərlər tez-tez yayılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600