Rusiya 160 nəfəri təxliyə edib

media-hightechnic-468x90

87582Rusiyanın təyyarəsi Rusiya və başqa ölkələrin vətəndaşlarını Yəməndən Moskvaya gətirib.

Yenicag.az xəbər verir ki, İl-62 sərnişin təyyarəsi şənbədən bazara keçən gecə Moskva ətrafı Çkalovsk aerodromunda eniş edib. Bu, Yəməndən insanları təxliyə edən artıq dördüncü təyyarədir. Sərnişinlər içərisində Rusiya, Özbəkistan, Tacikistan, Ukrayna, Yəmən, Qırğızıstan, Kuba və İraq vətəndaşları olub.

Bildirilir ki, cəmi 160 nəfər olan sərnişinlərin 23-ü uşaq olub. Sərnişinlərin hamısı gömrük və tibbi yoxlamadan keçiriliblər. Daha sonra isə Moskvada qalanlar mehmanxanalara, səyahətini davam etdirənlər isə aeroport və vağzallara aparılıb.

Yəməndəki hərbi əməliyyatlar səbəbindən uşaqları ilə birlikdə ölkəni tərk etməyə məcbur olan sərnişinlərdən birinin sözlərinə görə, ölkədə təxliyə olunmaq istəyənlərin siyahısında daha 1000 nəfər var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600