"Rusiya–ABŞ əməkdaşlığının genişlənməsinə bu amil mane olur" - Lavrov AÇIQLADI

media-hightechnic-468x90

“Moskva ABŞ ilə genişmiqyaslı əməkdaşlığa açıqdır, lakin Vaşinqton bu prosesə süni maneələr yaradır”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mediaya müsahibəsində deyib.

XİN rəhbəri qeyd edib ki, Ankoricdə keçirilən danışıqlardan sonra Rusiya–ABŞ əməkdaşlığının genişlənməsi gözlənilirdi:

“Lakin qarşılıqlı faydalı əməkdaşlıq əvəzinə ABŞ yeni sanksiyalar tətbiq edir, BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına əməl etmir və Rusiyanın tərəfdaşlarına Rusiya enerji ehtiyatlarını almağa mane olmağa çalışır”.

Xatırladaq ki, 15 avqust 2025-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp Ankoricdə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Ukrayna böhranının uzunmüddətli həlli olub.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05