Rusiya Azərbaycandan pomidor idxalına icazə verib

media-hightechnic-468x90

Rosselxoznadzor dekabrın 16-dan Azərbaycanın bir müəssisəsininin Rusiyaya pomidor daşınmasına icazə verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, qurumdan bildirilib ki, təqdim olunan analiz məlumatlarının nəticələrinə görə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Rosselxoznadzor dekabrın 16-dan etibarən Azərbaycanın Xızı rayonu ərazisində yerləşən Aqroterm MMC-dən Rusiyaya pomidor gətirilməsini mümkün hesab edib.

Qərar Rusiya ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında 9, 11 və 14 dekabr 2020-ci il tarixlərində aparılan danışıqların nəticələrindən sonra qəbul edilib.

Qeyd olunub ki, hazırda Azərbaycandan daha iki istixana məhsulunun idxalına icazə məsələsi nəzərdən keçirilir./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05