!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya Ermənistanı sülhə məcbur etməyəcək" - Politoloq

!Reklam – Yazi

Rusiyanın cari ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada görüşünü təşkil edəcəyi barədə məlumatlar yayılandan sonra Ermənistanda bəzi dairələr belə düşünməyə başlayıb ki, həmin görüşdə Kreml İrəvanı müəyyən güzəştlərə getməyə vadar edə bilər. Hadisələrin məhz bu ssenari üzrə inkişafı mümkündürmü?

Politoloq Taleh Əliyev Yenicag.az-a açıqlamasında hadisələrin yuxarıda qeyd olunan ssenari üzrə inkişaf edəcəyini mümkün hesab etmədi:

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsində nəinki Azərbaycanın, heç Ermənistanın da xeyrinə güzəştə getmək kimi bir niyyəti yoxdur. Moskvanın burada başlıca məqsədi Dağlıq Qarabağ konfliktini daha çox dondurulmuş vəziyyətdə saxlamaqdan ibarətdir. Yəni hər hansısa bir mərhələdə Azərbaycan və Ermənistanın Rusiyadan uzaqlaşmasının baş verməməsi üçün konfliktin dondurulmuş vəziyyətdə qalması Kremlə daha çox sərf edir. Bununla o, hər iki ölkəyə təzyiq və təsir imkanlarını əldə saxlamağa çalışır. Yəni rəsmi Moskva münaqişəni mövcud vəziyyətdə saxlayaraq, ondan təzyiq vasitəsi kimi istifadə etməyi sonda tərəflərdən birinə güzəştə getməkdən daha üstün tutur.

Moskvanın tarixi ədalətin bərpası istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləyə biləcəyi çərçivədə mövqe nümayiş etdirəcəyi o qədər də inandırıcı deyil. Ola bilsin ki, Ermənistan hakimiyyəti payızda keçiriləcək Şərq Tərəfdaşlığı çərçivəsində Avropa ilə münasibətləri yaxşılaşdırmaq və inkişaf etdirmək istiqamətində müəyyən mesajlar versin. Ona görə də Kremlə yaxın olan bəzi dairələr Moskva görüşündə Rusiya Ermənistanı güzəştlərə vadar edəcək kimi fikri sızdırmaqla rəsmi İrəvana müəyyən bir xəbərdarlıqlar edir. Bütün hallarda Rusiyanın Ermənistanı münaqişə ətrafında güzəştlərə getməyə təhrik etmək istiqamətində addım atacağı inandırıcı deyil”.

ELÇİN

Yenicag.Az

COP29

www.yenicag.az

1137
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv