!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya kürdlərlə anlaşdı - 2,1 milyard dollar ödədi

!Reklam – Yazi

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” İraq Kürd Regional Rəhbərliyi (İKRR) ilə təbii qaz müqaviləsi imzalayıb.

Yenicag.az “Rosneft”ə istinadla xəbər verir ki, müqavilə Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı imzalanıb. Müqaviləyə əsasən, “Rosneft” ilə İKRR Şimali İraqda təbii qaz ticarətini inkişaf etdirəcək və bölgədə bir təbii qaz boru kəmərinin inşasını həyata keçirəcək. Tərəflər Şimali İraqda təbii qaz bazarının inkişaf etdirilməsi üçün birgə plan hazırlayacaq.

Qeyd edək ki, neft tədarükünə dair razılaşma çərçivəsində “Rosneft” keçən il İKRR-yə ilkin olaraq 2,1 milyard dollar ödəyib. Tərəflər Şimali İraqdakı 5 blokda neft axtarışına başlayacaq.

Bundan başqa, “Rosneft” İKRR-dən neft almağa razılıq verib, lakin rəsmi Bağdad hökuməti bu sazişin etibarsız olduğunu elan edib.

Rusiya Orta Şərqdəki fəaliyyətini son dövrlərdə enerji layihələri ilə artırmağa çalışır. “Rosneft” Şimali İraqda ən çox sərmayə yatıran xarici şirkətlər arasında yer alır.

COP29

www.yenicag.az

3200
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv