!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya sülhməramlılarını hansı ölkəyə yerləşdirəcək? – AÇIQLAMA

!Reklam – Yazi

“Rusiyanın sülhməramlı kontingenti adı altında olan hərbi birləşməsi Qarabağdan çıxaraq Cənub Federal Hərbi Dairəsinə – Rostova getməyə başlayıb. Böyük ehtimalla, Rostovda da onları bölüşüdürüb, yarısını Ukraynaya, yarısını da yeni yaradılmış Moskva və Sankt-Peterburq hərbi dairəsinə göndərəcəklər. Bu kontingent bundan sonra sülhməramlı adı altında fəaliyyət göstərməyəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Mütəxəssis xatırladıb ki, bu kontingent ayrı-ayrı nöqtələrdə sülhyaratma missiyası, yarana biləcək təhlükələrin qarşını almaq və proseslərdə iştirak etmək üçün yaradılmışdı.

“Fikrimcə, onlar Ermənistana getməyəcəklər. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı tərk edən sülhməramlıları Ermənistan ərazisində görmək istəmədiyini keçən il bildirmişdi. Rusiya sülhməramlı kontingenti Cənub Federal Hərbi Dairəsinə tabe olduğuna görə, Bərdə-Yevlax-Bakı-Yalama marşrutu ilə Dərbəndə, oradan isə Rostova gedəcək. Rostovda isə onları müxtəlif yerlərə bölüşdürüləcəklər. Çünki bu gün Rusiyada yeni yaradılan 2 hərbi dairəyə 250 min şəxsi heyət lazımdır. Xatırladım ki, 2013-cü ildə Vladimir Putin Moskva və Sankt-Peterburq hərbi dairələrini ləğv etmişdi. İndi isə Finlandiya və İsveç NATO üzvü olduğuna görə, Rusiyanın 1300 km-dən artıq olan sərhədinə Moskva və Sankt-Peterburq hərbi dairələrinin şəxsi heyətini yerləşdirmək lazımdır”, – deyə o əlavə edib.

Ü. Cəfərov diqqətə çatdırıb ki, cənubda Ukrayna müharibəsi, şimalda isə yaranmış yeni reallıqlar nəticəsində Rusiya sülhməramlıları məcburiyyət qarşısında qalıb, Qarabağdan çıxdı:
“Ruslar buraya çıxmaq üçün gəlməmişdi. Onlar Xocalıda rus ədiblərinin heykəllərini, kilsə və digər infrastrukturlar qurmuşdular ki, gələcəkdə də bunu genişləndirmək niyyətində idilər. Hətta perspektiv üçün Tacikistanda olduğu kimi, böyük bir hərbi baza da planlaşdırırdılar. Lakin sonuncu danışıqlardan sonra Azərbaycan rəhbərliyi qətiyyət göstərərək, Rusiya tərəfinə bildirdi ki, bundan sonra Qarabağa ermənilərin qayıtması ilə bağlı fikir yoxdur. Həmçinin Avropa öz xoşu ilə Azərbaycandan çıxan ermənilərə hər il maliyyə vəsaiti ayıracağını bildirib və ayırır. Ona görə də ermənilərin geri qayıtması artıq bağlanmış mövzudur”.

O əlavə edib ki, Qarabağda qalan azsaylı ermənilər də rahat şəkildə həyatlarını sürürlər:

“Onlardan kimisi yaşlı, kimisi isə əlildir. Azərbaycan dövləti isə öz növbəsində, onlara öz vətəndaşı kimi eyni münasibəti göstərir. Mən də həmin fikirdə idim ki, Rusiya Qarabağa çıxmaq üçün gəlməmişdi. Lakin bir sıra hadisələr onların buradan çıxmasını zəruri hala gətirdi.

Bundan başqa, Qarabağa sülhyaratma adı altında gələn kontingentin şəxs heyəti çağırışçılar deyil. Əksinə, oradakıların əksəriyyəti müqavilə əsasında xidmət göstərən hərbi qulluqçulardır. Onların bir çoxunu da taqım və bölük komandiri vəzifəsini icra edənlər kimi təyin edəcəklər. Çünki bu gün Rusiya ordusunda çatışmayan kontingent həmin o kiçik komandirlərdir ki, Rusiya məcburiyyət qarşısında qalıb, sülhməramlıları buradan çıxardı”.

Rafi Müslümov

COP29

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv