Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Rusiya sürətlə “səhnə arxası”na itələnir” – Rusiyalı ekspert

“Türkiyə hazırda Ərdoğanın qarşıya qoyduğu məqsədləri həyata keçirməkdədir”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Türkiyənin Suriyada davam etdirdiyi “Zeytun budağı” əməliyyatını dəyərləndirən rusiyalı politoloq Nikita İsayev deyib.

Politoloqun sözlərinə görə, Rusiya regionda cərəyan edən məlum proseslər fonunda bəzi məqamları nəzərə almalı olur:

“İndi Yaxın Şərqdə baş verənlər Kremlin planlarına daxil deyil. Lakin Moskva anlayır ki, hazırda Suriyada olan hərbi kontingentinin üçdə ikisini cəlb etməklə, Əsədin mövqelərini möhkəmləndirə bilməyəcək”.

İsayevin fikrincə, Türkiyənin Rusiya ilə əməkdaşlıq şəraitində ABŞ əleyhinə verdiyi arxayın bəyanatlar, S-400 raket komplekslərinə dair anlaşma, “Türk axını”nın güclənməsi, qarşılıqlı ticarətin artması, o cümlədən, pomidor ixracına “yaşıl işıq” yandırılması və turizmin genişlənməsi Moskvanın yeganə “kozır”ıdır:

“hazırda Ərdoğanın qarşıya qoyduğu məqsədləri həyata keçirməkdədir. Bir neçə gün əvvəl Türkiyə hərbçiləri Rusiyanın təminatı altında olan bölgədə 30 kilometrə qədər irəliləyiblər. Bu, əlbəttə ki Rusiyanın nüfuzuna zərbədir. Moskva məcburiyyətdən bununla razılaşmalıdır – necə ki Olimpiadaya ağ bayraqla yollanmaq şərtini qəbul edib”.

Ekspert bildirib ki, indiki vəziyyətdə Türkiyə ilə münasibətləri korlamaq Moskvaya qətiyyən sərfəli deyil:

“Türkiyəni itirəcəyi təqdirdə, Rusiya Suriya “teatr”ında təklənəcək. Bu zaman İranın Rusiyaya yönəlik etimadsızlığını da nəzərə almaq lazımdır. Tehran Moskvanın İrana qarşı sanksiyaların ləğv edilməsi məsələsində “oynadığını” görür və özünün “xərcləndiyinin” fərqindədir.

Bütün bunlar Rusiyanın imicinə zərbə vurmaqla yanaşı, kürdlərlə münasibətinə də mənfi təsir göstərir. Əslində isə Rusiya Suriyaya qoşun yeridəndə, əsas “stavka”nı oradakı kürdlərə qoymuşdu. İndi isə Rusiya kürdləri adəti üzrə satdı.

Ancaq onu da dərk edirik ki, kürdlər üçün Amerikanın təminatı da yetərlidir. O halda Rusiya Suriyada qazandığı hərbi uğurlarını itirəcək. Bu isə təbii ki, iqtisadi müstəvidə də özünü göstərəcək. Rusiya artıq Suriya neftinə çıxış imkanını itirib və sürətlə “səhnə arxası”na itələnir”.

www.yenicag.az

1167
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM