Rusiya “Telegram”ı bloklamağa başlayıb
“Roskomnadzor” “Telegram” messencerinin işini məhdudlaşdırmağa başlayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, “Roskomnadzor” bu gün xidmətin işini qismən məhdudlaşdırmaq üçün tədbirlər görməyə başlamağı planlaşdırır. Digər bir mənbə isə məsələ ilə bağlı konkret addımların artıq atıldığını bildirib.
Qeyd edək ki, artıq ikinci gündür Rusiyadakı istifadəçilər messencerdəki ciddi fasilələrdən, o cümlədən media fayllarının yüklənməsində yaranan problemlərdən şikayətlənirlər.
Bir müddət əvvəl Dövlət Dumasının deputatı Mixail Delyaqin Rusiyada “Telegram”ın 2026-cı ilin sentyabr ayında tamamilə bloklanacağını bəyan etmişdi.
Xatırladaq ki, Rusiyada “Facebook”, “Instagram”, “WhatsApp” və “YouTube” şəbəkələri artıq tam bloklanıb. “Telegram”ın da bu siyahıya əlavə edilməsi ölkədə informasiya blokadasının növbəti mərhələsi kimi qiymətləndirilir.












