Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Dohada İran və Türkiyədən olan həmkarları Abbas Araqçı və Hakan Fidanla Suriyada pisləşən vəziyyəti müzakirə etmək üçün görüşəcək.
Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində qeyd edib ki, Rusiya tərəfinin Suriyada “terrorçuları” kimin dəstəklədiyi barədə məlumatı var. Onun sözlərinə görə, Rusiya tərəfi bu prosesdə bütün tərəfdaşlarla onların maliyyə və silah kanallarının qarşısını necə alacağını müzakirə etmək istəyir: “İctimaiyyətdə olan məlumatlarda, xüsusən də amerikalıların, britaniyalıların və bəzilərinin adı çəkilir”.
XİN rəhbəri qeyd edib ki, bəziləri Qəzza zolağının bu qədər ciddi nəzarət altında olmaması üçün İsrailin vəziyyətin gərginləşməsində maraqlı olduğunu deyir./unikal
www.yenicag.az