!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ukrayna ilə sülh danışıqlarına başlayır? – Kremldən REAKSİYA

!Reklam – Yazi

“Rusiya Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Ukrayna ilə barışıq yaradılması məsələsini müzakirə edə bilər, lakin Kiyevin mövqeyi ilə bu proses həmişə mürəkkəbləşir”.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa lideri Emmanuel Makronun təşəbbüsü ilə bağlı URA.RU-nun sualını cavablandırarkən bildirib.

“Prezident Putin və hərbçilərimiz Kiyev rejiminin islahatlara, yenidən silahlanmaya və s. bu cür ideyalardan və təşəbbüslərdən istifadə etdiyinə diqqət çəkib. Bu isə sözügedən təşəbbüslərin müzakirəsi prosesini xeyli çətinləşdirir və indiyədək bununla bağlı heç kim heç bir addım atmayıb”, – deyə Peskov qeyd edib və belə bir təklifin rəsmi olaraq açıqlanmadığını bildirib.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Çin lideri Si Cinpinlə Paris Olimpiya Oyunları zamanı atəşkəs və dünyada bütün silahlı münaqişələrin dayandırılması məsələsini müzakirə etmək istədiyini açıqlayıb. Onun sözlərinə görə, bu, Ukraynadakı münaqişəyə də aiddir.

Portal yazır ki, 2023-cü ilin yanvarında Rusiya prezidenti Vladimir Putin Milad atəşkəsi təklif etsə də, Kiyev administrasiyası bunu rədd edib. Putin dəfələrlə bildirib ki, Rusiya danışıqlardan imtina etmir. Bundan əvvəl isə Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara qadağa qoyub.

Rafi Müslümov

COP29

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv