!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 57-ci GÜNÜ: ABŞ və müttəfiqləri Kremlə hansı mesajı göndərir? - TƏHLİL

!Reklam – Yazi

57 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 740 ədəd, avtomobil texnikası – 1 470 ədəd, səhra artilleriyası və minaatanları – 385 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 130 ədəd, zenit-raket kompleksləri – 267 ədəd, təyyarələr – 167 ədəd, helikopterlər – 156 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 224 ədəd, avtomobil texnikası – 178 ədəd, səhra artilleriyası və minaatanlar – 912 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 147 ədəd, zenit-raket kompleksləri – 185 ədəd, təyyarələr – 87 ədəd, helikopterlər – 53 ədəd.

Ukrayna-Rusiya müharibəsinin əlli yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 57-ci gündə əsas döyüşlər Mariupol, Zaporojets, Xarkov, Donbas, Donetsk, Luqansk ərazilərində gedib:

“Taktiki səviyyədə tərəflər bir-birinə itki verdirməyə davam etdilər. Lokal döyüşlər tərəflərin heç birinə ciddi üstünlük qazandırmadı. Ukrayna qoşunları Donbasda Rusiyanın cəlb etdiyi 25-ə yaxın suriyalı və liviyalı muzdluların bir qrupunu məhv etdi, Rusiyaya aid daha bir hərbi helikopteri vurdu.

Gün ərzində Xarkov şəhəri, Zaporojets, Popasnoe, Şnurki, Slovensk, Çerkask, Aleksandrovka yaşayış məntəqələri gün ərzində rusların intensiv raket-artilleriya zərbələrinə məruz qaldı.

Hamının səbirsizliklə gözlədiyi əsas xəbər Mariupolun aqibəti idi. Mariupol dirənişini bu gün də sürdürdü. Mariupolun ərazisinin səksən faizi rusların nəzarəti altında, iyirmi faizi isə ukraynalıların nəzarətindədir. Şəhərdə operativ vəziyyət böyük həcmdə rusların nəzarətindədir.

Bu gün maraqlı bir hadisə baş verdi. Kreml rəhbəri müdafiə naziri ilə görüşdə Mariupol şəhərinin “Azovstal” ərazisində istehsalat zonasına hücumun dayandırılması göstərişini verdi. O dedi ki, “Azovstal”da sənaye zonasını elə qapatmaq lazımdır ki, heç quş da uça bilməsin. Bu o deməkdir ki, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mariupolda və digər bölgələrdə baş verən uğursuzluqların xırda detallarına qədər xəbərdardır. Kreml rəhbərliyinin bu istiqamətdə hücumların dayandırılmasına göstəriş verməsi onların ciddi itkilərindən xəbər verir. Amma “Azovstal”ın ərazisi yenə də mühasirədə saxlanmağa davam edəcək. Ruslar buradakı Ukrayna döyüşçülərinin sursat və qida ehtiyatlarının tükənməsini və könüllü olaraq təslim olmalarını gözləyəcək. Əgər Ukrayan Baş Qərargahı buradakı azsaylı qüvvələri silah-sursat və qida ehtiyatları ilə təmin edə bilməsə, bu baş verəcək. Döyüşçü silahının mazğalında mərmi olduğu müddətdə döyüşə bilər. Bu mümkün olmayanda iki variant qalır. Ya intihar, ya da əsir düşmək. Bu müharibənin gedişatı Ukrayna döyüşçülərinin çox ağıllı davrandıqlarını göstərir. Döyüşə bildikləri qədər döyüşürlər. Elə ki mərmi bitir, asanlıqla təslim olmurlar. Çünki onlar Ukraynanın əlində olan rus əsirləri ilə dəyişdirilərək yenidən ordu sırlarına qatıla biləcəklərinə əmindirlər. Ukrayna siyasi və hərbi rəhbərliyi də bunu anlayışla qarşılayır. Onlar bilirlər ki, əgər ukraynalı döyüşçü əsir düşübsə, buna səbəb onun şəxsi istəyi deyil, sursatının bitməsidir.

Rusiya tərəfi Mariupoldakı hərbçiləri təslim olmağa çağırır. Ukraynalılar isə bununla razılaşmırlar. Çünki ruslar silahı yerə qoymalarını istəyirlər. Hətta Türkiyənin koridor açılaraq hərbçiləri çıxarma təklifinə belə ruslar eyni cavabı verirlər – silahı yerə qoyub çıxsınlar. 2 aya yaxın mühasirədə döyüşən hərbçiyə. “Silahı yerə qoy, təslim ol”, – demək onu aşağılamaqdır. Ruslar şəhəri viran qoymaqla yanaşı, həm də orada qalan hərbçiləri sındırmaq niyyətindədir. Məhz bu səbəbdən də dirəniş davam edir. Ukraynalı əsgərlər də başlarına nələrin gələcəyini təxmin edirlər. Görünən odur ki, rusların ləyaqətli döyüşçüyə belə hörmət hissi itib.

Müharibələrdə döyüşən əsgərlərin mərmi ehtiyatlarının dərhal təmin edilməsi heç də hər zaman mümkün olmur. Dolayısı ilə bu gün əsir düşmüş ukraynalı hərbçi sabahın potensial döyüşçüsünə çevrilə biləcəyinə əmindir. Görünür, hərbi tapşırıqları alarkən fors-major hallarda onlara bunu da göz önünə almaları tövsiyyə olunub.

Ukrayna hərbçiləri Xarkov ətrafında Rusiyaya məxsus içərisində 200 milyon dollarlıq silah-sursat, digər hərbi təchizat olan gizli hərbi anbar aşkarladı. Həmin istiqamətdə döyüşən bölmələr bunlardan bir müddət döyüş gücünün artırılması yönündə faydalı istifadə edə biləcək.

Ukraynanın beynəlxalq tərəfdarlarının 57-ci gündə də siyasi və hərbi yardımları davam etdi. Belə ki, G7 dövlətlərinin başçıları ilk mərhələdə Ukraynaya 24 milyard dollar həcmində hərbi yardım ayırmaq qərarına gəldilər. Ayrıca, ABŞ Ukraynaya yeni hərbi paket təqdim edəcək. Pentaqon bildirdi ki, ABŞ-nin Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketinə 72 haubitsa, 144 000 haubitsa mərmisi və 121 ədəd taktiki PUA daxildir. Bu, Rusiyanın okeanlara və dənizlərə hakimiyyət məsələsinə yenidən baxmasına qədər gətirib çıxacaq. Gəmilərin limana yanaşmadan okeanlarda və dənizlərdə üzməsi praktiki mümkün deyil.

ABŞ, eyni zamanda, Ukrayna iqtisadiyyatına dəstək məqsədilə 500 milyon dollar ayırdı. Son iki ayda ABŞ-nin Ukrayna iqtisadiyyatına ayırdığı vəsaitin həcmi bir milyard dolları ötüb.

Bu yardımlar birbaşa müharibədən zərər görən Ukrayna iqtisadiyyatının dirçəldilməsinə sərf olunacaq. Dolayısı ilə ABŞ və müttəfiqləri Kremlə mesaj göndərirlər ki, nə qədər dağıtsanız da, biz Ukraynanı tez bir zamanda dirçəldəcəyik. İqtisadiyyatlar və ordular maliyyə məsələsidir. Görünən odur ki, Ukraynanın bununla bağlı sıxıntısı olmayacaq. Uzun vədəli müharibədə dayanıqlılıq göstərmək Ukrayna üçün daha asan olacaq, nəinki Rusiya üçün.

Ukrayna Prezidenti bu gün qeyd etdi ki, indiyədək Ukrayna Silahlı Qüvvələri tərəfindən 934 yaşayış məntəqəsi yenidən nəzarətə götürülüb. Əslində, bu, Rusiyanı genişmiqyaslı hücum əməliyyatları fonunda az da olsa, uğur sayıla bilər. Bu uğurların davamlı olub-olmayacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv