“Düşmənə qarşı ölkəmiz hələ hər şeydən istifadə etməyib”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi çərçivəsində istifadə oluna biləcək xüsusi silahlar barədə danışan hərbi ekspert Vasili Dandıkin deyib.
Onun sözlərinə görə, Rusiya ordusunda hələ də xüsusi əməliyyatlarda istifadə olunmayan və dağıdıcı güc baxımından taktiki nüvə silahını belə əvəz edə biləcək xeyli sursat var.
““ODAB-9000” vakuum bombasının ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin Volçanskdakı mövqelərində istifadə edildiyi barədə məlumatlar yayılıb. Lakin bu, təsdiqini tapmayan informasiyadır. Rəsmi olaraq hərbi idarəmiz “ODAB-9000″in istifadəsi ilə bağlı məlumat yoxdur. Yayılan video isə reallığı əks etdirmir”, – deyə o qeyd edib.
Ekspert əlavəe dib ki, Rusiyanın hərbi arsenalında belə bombalar var.
“Üstəlik, onlardan sonuncu dəfə Əfqanıstanda istifadə edilib. Doqquz tonluq bomba bəzi taktiki nüvə silahlarından belə daha güclüdür. 100 metr radiusda olan hər şeyi toza çevirir. Düşmənə qarşı ölkəmiz hələ hər şeydən istifadə etməyib. Belə bombalar da anbardadır. Nüvə silahına əl atmadan istifadə edilə bilər. İndi çoxları deyir ki, dron hücumlarına cavab olaraq, nüvə silahından istifadə edilməlidir. Ehtiyac yoxdur. Hələ çox maraqlı şeylərimiz var”, – deyə hərbi ekspert bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az