Rusiya Ukraynada bu əraziləri ƏLƏ KEÇİRDİ

media-hightechnic-468x90

Rus qoşunları Donetsk bölgəsində yerləşən Jeltoye, Pustinka və Razdolnoye yaşayış məntəqələrini ələ keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq layihəsi məlumat yayıb.

“Düşmən Jeltoye, Pustinka və Razdolnoyeni ələ keçirib, həmçinin İlyinka, Novodonetsk, Trudovoye, Puşkino və Kuraxovo yaxınlığında irəliləyiş əldə edib”, – məlumatda bildirilir.

Ukrayna Baş Qərargahının məlumatına görə, vəziyyət Pokrovsk, Kuraxovo və Vremovka istiqamətlərində gərgin olaraq qalır. Rus qoşunları əsas hücum qüvvələrini məhz bu istiqamətlərdə cəmləşdirir. Bundan əlavə, ruslar Liman və Kupyansk istiqamətlərində də fəal hücumlar təşkil edir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600