Rusiya və Türkiyə arasında toyuq əti qalmaqalı

media-hightechnic-468x90

105387_res_01Rusiya Türkiyədən gətirilən 72 ton toyuq və toyuq ətini geri qaytarıb.

Yenicag.az virtualaz.org saytına istinadən xəbər verir ki, Kalininqrad limanında Türkiyədən gətirilən toyuq əti geri qaytarılıb.

Rusya Federal Bitki Mühafizə və Qarantin Servisi (“Rosselxoznadzor”) rəhbərinin köməkçisi Aleksey Alekseyenko toyuq ətinin geri qaytarılma səbəblərini açıqlayıb. Qurum əməkdaşı deyib ki, toyuqların qablaşdırılmasının üzərində yazılan məlumatlarla sənədlərdəki məlumatlar arasında ziddiyyətlər var. Bu da ciddi nöqsandır.

“Rosselxoznadzor” rəsmiləri isə türk iş adamlarına xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, məhsulların etiketində və qablaşdırmalarında istehsal tarixi eyni olmalıdır. Məhsul göndərilərkən onun istehsal və son yararlılıq tarixi düzgün göstərilməlidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600