Rusiyanın Ulyanovsk şəhərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün sərgisi açılıb.
Yenicag.az xəbər verir ki, “Dünyanı Dəyişdirən İnsanlar” adlı sərgidə Mustafa Kamal Atatürkün fotoları nümayiş etdirilib.
V.İ. Lenin adına Memorial Dövlət və Mədəniyyət Muzeyinin katibi Anna Barannikova sərgini İstanbuldakı Atatürk Muzeyi ilə şərikli açdıqlarını vurğulayıb. Açılış mərasimində çıxış edən tarixçi Valeri Perfilov Atatürkün Türkiyədə həyata keçirdiyi inqilabi dəyişikliklərdən söz açaraq, “Mustafa Kamal Atatürkün həyatı bizə bir insanın nə qədər böyük işlər edə biləcəyini göstərir” deyib.
Qeyd edək ki, rusların dərin marağına səbəb olan bu sərgi may ayının 31-dək davam edəcək.
Tahirə Nur
www.yenicag.az