Rusiyada dəhşətli qəza: 5 ölü-FOTOLAR

media-hightechnic-468x90

4608d9a9c049eb3d308d4346a38c5ba1Rusiyanın Xabarovsk vilayətinin Korfovski qəsəbəsində üçmərtəbəli yaşayış binasında qaz sızması səbəbindən güclü partlayış baş verib.

media-banner_tkm

Son məlumata görə, Rusiyanın Xabarovsk vilayətinin Korfovski qəsəbəsində yaşayış binasında ötən gün axşam saatlarında baş vermiş güclü partlayış nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, daha 10 sakin FHN xilasedicilərin köməyi və ya özləri dağıntılar altından xilas oluna bilib.

***

Partlayış nəticəsində 3-cü blokun konstruksiyaları uçub. Son məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 2 yaşlı qız daxil olmaqla, 2 nəfər xəsarət alıb.

Dağıntılar altında bir neçə sakinin qaldığı ehtimal edilir, hadisə yerində xilasetmə-axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, 27 mənzilli 3 mərtəbəli kərpic bina 1993-cü ildə istifadəyə verilib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05