Rusiyada iki güclü zəlzələ oldu

media-hightechnic-468x90

Rusiyada – Kurilin cənub sahillərində iki güclü zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmoloji stansiyası məlumat yayıb.

Bildirilib ki, mayın 30-na keçən gecə Sakit okeanda silsilə yeraltı təkanlar qeydə alınıb. Onların maqnitudası 4,8 və 4,6 bal təşkil edib. Seysmoloji aktivliyin episentri İturup adasından cənub-şərqdə qeydə alınıb.

Seysmoloji stansiyanın rəsmisi zəlzələlərin yeraltı ocağının dərinliyi barədə məlumat verməyib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa