“Neftçi” futbol klubunun Rusiyada yaşayan keçmiş futbolçuları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Yenicag.az xəbər verir ki, 30 il əvvəl işğal olunmuş torpaqların azad edilməsini diqqətlə izlədiklərini bildirən veteran oyunçular tezliklə bayrağımızın Qarabağda dalğalanacağına inandıqlarını vurğulayıblar.
“Hörmətli İlham Heydər oğlu!
Biz, “Neftçi” futbol klubunun Rusiyada yaşayan veteranları, 30 il əvvəl işğal olunmuş torpaqlarımızın rəşadətli, müzəffər Azərbaycan ordusu tərəfindən azad edilməsini diqqətlə izləyirik. Xilaskar həmyerlilərimizlə fəxr edir, sülh və ədalətin təntənəsi üçün öz oğullarını müqəddəs savaşa yola salmış analarla birgə həyəcan keçiririk.
İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın üçrəngli bayrağı tezliklə Qarabağda, onun mirvarisi Şuşada dalğalanacaq, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir qarabağlının evində sülh bərqərar olacaq!
SSRİ idman ustaları:
Tofiq Abbasov
Rafiq Əli-Zadə
Rinat Kamalitdinov
Rafiq Quliyev
Vyaçeslav Lyoqkiy
Nikolay Smolnikov
İqor Çeremisov
Vitali Şevçenko”
www.yenicag.az