!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada yeni qanun layihəsi: Ermənilərə nəzarət gücləndirilir

!Reklam – Yazi

Rusiya hökumətinə miqrantlara nəzarətin gücləndirilməsi ilə bağlı qanun layihəsi təqdim olunub. Bu, bir sıra istiqamətlərdə dəyişiklikləri nəzərdə tutur: qalma müddətləri, sənədlərin yeni formatı, miqrantların hərəkəti, yeni hüquqi rejim və s”.

Yenicag.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə miqrasiya proqramı üzrə eksperti Tatevik Bejanyan bildirib.

Onun sözlərinə görə, miqrantlara nəzarətin gücləndirilməsi siyasəti yeni deyil.

“2018-ci ildən etibarən bu istiqamətdə işlər artıq aparılır və hər il təklif olunan dəyişikliklərin müəyyən partiyası qüvvəyə minir. 2023-cü ildə də miqrasiya axınına təsir edən sərtləşdirmələr oldu. Rusiya daxili işlər nazirinin son açıqlamasına görə, 2023-cü ildə Rusiyadan deportasiya edilən miqrantların sayı 110 min nəfər olub ki, bu da rekord göstəricidir. Bu, 2022-ci illə müqayisədə 65 faiz çoxdur. Erməni miqrantlar ölkəyə giriş qadağası problemi ilə də üzləşiblər. Vətəndaşlarımızın bir çoxu kifayət qədər məlumatlandırılmadan yaşayış müddətinə əməl etmir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlərini hazırlamır, bir yerdə qeydiyyatda olur, başqa yerdə yaşayır və nəticədə problemlərlə üzləşir”, – deyə o bildirib.

T. Bejanyan söyləyib ki, yeni layihənin təklif etdiyi dəyişikliklər miqrantlara nəzarəti də gücləndirir. O, vurğulayıb ki, Rusiyaya səfər edən hər bir vətəndaşın prosedurlar haqqında kifayət qədər məlumatlı olması çox vacibdir.
“Təklif olunan dəyişikliklərdən biri müvəqqəti qalma şərtlərinə aiddir. Mövcud qanunvericiliyə görə, qeyri-viza rejimli ölkələrin vətəndaşları il ərzində hər 180 gündən 90 gün Rusiyada qala bilərlər. İndi isə təklif olunur ki, vətəndaşın 365 gündən 90 gün qalmaq hüququ var. Üstəlik, əgər əvvəllər vətəndaş Rusiya Federasiyasını tərk edib geri qayıdırdısa, qalma müddətləri sıfıra endirilərək yenidən hesablanırdı, amma bu gün belə deyil. Qalma günlərinin sayı ilin əvvəlindən ilk girişdən hesablanır”, – Bejanyan deyib.

Qeyd edək ki, növbəti dəyişikliklə əcnəbilər üçün dövlət orqanlarının və təşkilatlarının informasiya sistemində vətəndaş haqqında məlumatların birləşdiriləcəyi rəqəmsal profilin yaradılması təklif edilir. Həmçinin Rusiyada xarici vətəndaşın şəxsiyyətini təsdiq edən daha bir sənəd də tətbiq ediləcək. Bundan əlavə, layihə əcnəbi işçi qüvvəsi almaq istəyən işəgötürənlər üzərində nəzarəti gücləndirməyi təklif edir. Bu məqsədlə əcnəbi işçilərin və işəgötürənlərin reyestrlərinin yaradılması nəzərdə tutulur.

Rafi Müslümov

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv