“Rusiyanın 2020-ci ilə qədər işğal edəcəyi xəritədə …”

media-hightechnic-468x90

hghgytyt“Əgər Azərbaycan siyasi səmimiyyət göstərərsə, NATO Türkiyə vasitəsi ilə hər hansı təhlükəni neytrallaşdırmağa qadirdir”.

Bu sözləri  açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov deyib.

O, Qərbin sanksiyalarını sərtləşdirməklə Rusiya təhlükəsini Azərbaycandan uzaqlaşdırdığını bildirib:

“Rusiyanın 2020-ci ilə qədər işğal edəcəyi xəritədə hər bir detal dəqiqliyi ilə verilib. Rusiya bu xəritəni reallaşdırmaqdan ötrü istənilən addımı atacağını hər kəsə sübut etmək niyyətindədir. Bu dövlət bir daha sübut edir ki, o heç bir beynəlxalq hüququ tanımır və istənilən zaman hansısa bir dövlətin ərazisinə təcavüz edə bilər. Hətta həmin ölkədə separatçı qüvvələrə açıq dəstək verə bilər. Ukraynanın şərq vilayətlərində baş verənləri Rusiya xüsusi xidmət orqanlari təşkil edir və bunun nəticəsinin də çox ağır olma ehtimali var. Rusiya hazırda Ukrayna daxilində vətəndaş müharibəsini daha da qızışdırmaq niyyətindədir. Əgər bu istəyini gercəkləşdirsə, rusların müdafiəsini bəhanə gətirərək, Ukraynanın cənub-şərqini tam işğal edə bilər. Rusiyanın bu siyasəti tezliklə özünə qarşı çevriləcək. Rusiya isə həmin zaman düşdüyü böhrandan yalnız parçalanma yolu ilə qurtula biləcək”.   NATO nümayəndəsi prosesin Azərbaycana təsirinə də toxunub:

“Azərbaycana təhlükənin keçmə ehtimalına gəlincə isə bildirim ki, hazırda Rusiyanın Ukraynaya qarşı olan müdaxiləsinin nəticəsi olaraq ABŞ və Avropa Birliyi sanksiyaları sərtləşdirir. Vu sanksiyalar təhlükəni Azərbaycandan və digər ölkələrdən uzaqlaşdırırı. İstər ABŞ, istərsə də Avropa bilir ki, Azərbaycan Şərq və Qərbin qapısıdır. Rusiyanın ölkəmizə olacaq hər hansı bir təhlükəsinə qarşı operativ reaksiya veriləcək”.

F.Məmmədov NATO-nun Azərbaycanı Rusiyadan istənilən vədə qorumağa hazır olduğunu da söyləyib:

“NATO-nun onunla əməkdaşlıq edən hər bir ölkəni istənilən halda qorumağa, bu və digər iqtisadi-siyasi vasitələrlə təhlükəni neytrallaşdırmağa qüdrəti var. Amma bu gün beynəlxalq hüquq normalarını rəhbər tutmaqla hadisələrin gedişatına səbr və təmkinlə yanaşmasını NATO-nun müdrik davranışı kimi qiymətləndirmək lazımdır. Əgər Azərbaycan siyasi təşəbbüs göstərərsə, NATO Türkiyə vasitəsi ilə ölkəmizə qarşı ola biləcək hər hansı təhlükəni neytrallaşdıra bilər. Öncə əməkdaşlığı daha da genişləndirmək lazımdır. Siyasi, iqtisadi təhlükəsizliyi təmin etməkdə NATO maraqlıdır. Ukraynadakı böhran dərinləşdikcə və Rusiyanın təcavüzkar olduğu açıq-aşkar bəlli olduqca, dünya ölkələrinin siyasi kursu dəyişəcək. NATO-ya da bu imkan verir ki, sərhədlərini genişləndirsin. NATO sərhədlərini beynəlxalq hüquqa dayanaraq genişləndirir. Bu genişlənmə siyasətindən Azərbaycan kənarda qalmayacaq!”(axar.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600