"Rusiyanın buna vaxtı yoxdur" - Peskovdan Trampa
“Heç kim hiylə qurmur, çünki bunun üçün nə istək, nə də vaxt var”.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika lideri Donald Trampın “ABŞ-a qarşı sui-qəsd haqqında” sözlərini şərh edərkən bildirib
“Ümid edək ki, bu, hərfi mənada deyil, hansısa məcazi mənada nəzərdə tutulub, xüsusən ona görə ki, heç kim heç nə planlaşdırmır”, – Kreml sözçüsü bildirib.
Bundan əvvəl ABŞ lideri Donald Tramp Çin rəhbərliyinə və tədbirdə iştirak edən tərəfdaş ölkələrə ünvanladığı paylaşımı ilə gündəmə gəlib. O, “Truth Social” platformasında, “Qoy sədrlik edən Si və Çinin möhtəşəm xalqı böyük və əlamətdar bayram gününü qeyd etsin. ABŞ-yə qarşı sui-qəsd hazırlayarkən Vladimir Putinə və Kim Çen Ina mənim ən səmimi arzularımı çatdırın”, – yazıb. /unikal