!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyanın hərbi gəmiləri Bakıda - Foto,Video

!Adviad

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəlib.

Müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmi heyətləri Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaq.

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər sentyabrın 22-dək davam edəcək.

www.yenicag.az

1297
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100