!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın NATO-dakı casusu üzə çıxdı: Hansı məlumatlar oğurlanıb?

!Reklam – Yazi

“Salzburger Nachrichten” qəzetinin xəbərinə görə, Rusiya maraqlarına xidmət etməkdə şübhəsi bilinən avstriyalı təqaüdçü polkovnik NATO seminarlarına qatılıb və orada əldə edilən məlumatları Rusiya xüsusi xidmətlərinə ötürüb.

Yenicag.az xəbər verir ki, polkovnik NATO seminarlarına tərəfdaşlıq proqramları ilə qatılıb və orada toplanan məlumatları Rusiyaya verib.

Qeyd edək ki, Avstriya Şimali Atlantika İttifaqının üzvü deyil və ölkə neytral statusunu saxlayır.

Hazırda Avstriya təhlükəsizlik orqanları keçmiş polkovnikin immiqrant böhranı, Avstriyanın hərbi hava qüvvələri siyasəti və artilleriya sistemləri haqqında məlumatları Rusiya tərəfinə ötürməsi iddialarını araşdırır. Onun 1990-cı illərin sonlarından etibarən Rusiyaya kəşfiyyət əlumatlarının ötürməsi iddia edilib.

Avstriya Prokurorluğu təqaüdçü polkovnikə qarşı cinayət işi başladıb. Əgər günahı sübuta yetirilərsə 10 ildən çox həbs qərarı veriləcəyi gözlənilir.

Həşim Səhrablı 

COP29

www.yenicag.az

7520
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv