!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ukraynada növbəti hədəfi açıqlandı – Kəşfiyyat məlumatı yayıldı

!Reklam – Yazi

Britaniya kəşfiyyatı Rusiyanın Donetsk vilayətinin Uqledar qəsəbəsini tutmasından sonra onların növbəti hədəfinin Zaporojye vilayətinin Velikaya Novoselka qəsəbəsi olacağını proqnozlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə oktyabrın 5-də Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

Kəşfiyyat qeyd edib ki, Uqledarın tutulması 2024-cü ilin sentyabrında Rusiyanın hücum kampaniyasının bərpasından sonra baş verib. Ayın sonunda Rusiya Silahlı Qüvvələri şəhəri faktiki olaraq mühasirəyə alıb və bu, Ukrayna qoşunlarının geri çəkilməsinə səbəb olub.

Rusiya son iki ildə Uqledarı ələ keçirmək üçün vaxtaşırı cəhdlər edib və bu prosesdə böyük itkilər verib.

“Güman ki, yaxın həftələrdə rus qoşunları Uqledardan kənarda irəliləyişlərini davam etdirməyə çalışacaqlar. Növbəti hədəf Boqoyavlenka qəsəbəsidir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, əvvəlki rəylərdən birində Britaniya kəşfiyyatı Ukrayna qüvvələri tərəfindən bu yaxınlarda ruslardan təmizlənmiş Volçansk Aqreqat Zavodu ətrafındakı vəziyyəti təhlil etmişdi. Öz növbəsində, Estoniya Müdafiə Qüvvələrinin kəşfiyyat mərkəzi isə etiraf edir ki, Ukrayna Silahlı Qüvvələri ilin sonuna qədər Donetsk vilayətindəki Pokrovsk şəhərini tərk etməyə məcbur ola bilər.

Rafi Müslümov

COP29

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv