Rusiyanın Ukraynaya HƏRBİ MÜDAXİLƏSİ - Moskvada 2 variant nəzərdən keçirilir

media-hightechnic-468x90

Rusiyanın Ukrayna ərazisində keçirəcəyi mümkün hərbi əməliyyatların 2 variantından danışılır.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Beynəlxalq Məsələlər Şurasının (RBMŞ) baş direktoru Andrey Kortunov bəhs edib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ərazisində iki halda hərbi əməliyyat keçirə bilər:

“Birinci variantda bu, Ukraynanın Donbasa hücum edəcəyi təqdirdə baş verə bilər. O zaman Rusiya doğrudan da, buna cavab verəcək.

İkinci variant isə Ukraynanın parçalanmasıdır. Bu halda Rusiya özünə yaxın vilayətləri birləşdirmək üçün “qəlpələri toplaya” bilər.

Ancaq indiki vəziyyətdə bu variantların gerçəkləşməsi üçün zəmin yoxdur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600