“Ruslar bizim beynimizi bölüb”
“Səttarxan, Xiyabani, Pişəvəri haqqında tarixdən gətirdiyim nümunələr bəzi insanları qıcıqlandırır, onlar tərəfindən anlaşılmır. Hətta bəzi şəxslər mənə bildirirlər ki, niyə mən ancaq Şimali Azərbaycan tarixindən nümunə gətirmirəm”.
Bu sözləri açıqlamasında ADP səri Sərdar Cəlaloğlu bildirib. S.Cəlaloğlunun sözlərinə görə, məsələyə bu şəkildə yanaşma yanlışdır:
“Ruslar bizim beynimizi bölüb. Indi də bir çoxları Azərbaycanla bağlı beynində bu sərhədləri qoruyub saxlayır. Mənim üçün cənub və ya şimal yoxdur. Mənim üçün Azərbaycan və azərbaycanlılar var. O, ABŞ-da olsa da, Avstriyada olsa da azərbaycanlıdır. Təki o, Azərbaycan xalqının başını uca eləsin. Təki o, Azərbaycan xalqını tanıtsın. Təki onunla Azərbaycan xalqını tanısınlar. Biz niyə öz fikirlərimizi yalnız Şimali Azərbaycan anlayışı ilə məhdudlaşdırmalıyıq? Biz Azərbaycana bir bütöv olaraq yanaşmalıyıq”.