Ruslar çıxdı, SEPAH girdi - İrandan Türkiyəyə qarşı HƏMLƏ
Suriyanın Tel-Rıfat bölgəsindən çıxan Rusiya qoşunlarının yerinə İran ordusu (SEPAH) yerləşib.
Yenicag.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
İrana bağlı “Əsaib Əhlil Haqq” radikal qrupunun lideri Qeys Qəzali, Hizbullahın liderlərindən biri Hüseyn Həmdəvi və Hadi əl-Əmiri Sincarla bağlı Türkiyəni təhdid edərək, hücuma keçəcəyi mesajlarını veriblər.
Bir yüksək vəzifəli türkiyəli hərbçi qəzetə 2018-ci ildə Tel-Rıfatda keçirilməsi planlaşdırılan hərbi əməliyyatların bütün hazırlıqlarının tamamlandığını, amma İranın buna mane olmasından sonra təxirə salındığını bildirib./teleqraf/