Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusofil Xalq yazıçısına SƏRT CAVAB: “Rusca düşünən Çingiz Abdullayevin qafası da Rusiyaya işləyir” – Fərəc Quliyev

Reklam: High Technic

“Azərbaycanda başqa xarici dillər – ingilis, fransız və digər dillər necə tədris olunursa, rus dili də o qayda ilə öyrədilməlidir”.

Bu fikriləri Yenicag.az-a açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycanda rus məktəblərinin bağlanmasına çağırış edənləri aşağılamasına münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Fərəc Quliyevin sözlərinə görə, rus məktəblərində azərbaycanlı şagirdlərə rus mədəniyyəti və düşüncəsi aşılanır:

Ən böyük cahillik öz millətinin kamilləşməsinə xidmət etməmək, öz kimliyini tanımamaq, öz mədəniyyətinə güvənməmək və öz mədəniyyətinin təbliğinə çalışmamaqdır.

Bu Çingiz bəy rusca düşünür, rusca yazır və qafası da göründüyü qədərilə, Rusiyaya işləyir. Adam başa düşmür ki, Azərbaycanda cəmi 200 minə qədər rus yaşamağına baxmayaraq, 300-dən çox rus məktəbi var. Bu rus məktəblərində Azərbaycan ədəbiyyatını, mədəniyyətini, elmini tərcümə edib tədris etmirlər, Rusiyadan ədəbiyyat gətirirlər və bizim uşaqlarımızın da qafaları Rusiya mədəniyyəti ilə doldurulur.

Dünyada invaziv növlərin təhdidi deyilən bir məsələ var. Barak Obama belə o dönəmdə Amerikada invaziv növlərin təhdidinə görə mədəniyyətin aşınmaması üçün konkret sərəncam da vermişdi”.

Partiya sədri qeyd edib ki, rus dilinin tədrisi də digər xarici dillərin tədrisi ilə eyni səviyyədə aparılmalıdır:

Azərbaycan mədəniyyətini inkişaf etdirmək üçün ölkədə yaşayan hər kəs, bütün etnoslar bu mədəniyyətin inkişafına xidmət etməlidirlər, aşındırmamalıdırlar. Biz bütün dilləri bilməliyik. Dil bilmək yaxşıdır. Amma burada məsələ tamamilə fərqlidir.

Yuxarıda da qeyd etdim ki, Azərbaycanda 200 min rus yaşasa da, 300 rus məktəbi var. Rusiyada isə 3 milyon azərbaycanlının yaşamasına baxmayaraq, orada Azərbaycan dilində bir məktəb belə yoxdur. Sadəcə olaraq, bazar günü məktəbləri fəaliyyət göstərir.

Azərbaycanda yaşayan ruslar əziyyət çəkib bizim dilimizi öyrənməlidirlər və bizim məktəblərdə oxumalıdırlar. Öz mədəniyyətlərini və dillərini unutmamaq üçün də bazar günü məktəbləri təşkil edə bilərlər. Mən bunun tərəfdarıyam.

Üstəlik, bunun siyasi tərəfi də var. Rusiya xarici siyasət doktrinasına belə bir müddəa daxil edilib ki, harada bir rus təhdid olunarsa, onlar ora hərbi müdaxilə edə bilərlər.

Bundan başqa, keçmiş postsovet məkanında rus dilini bilən istənilən şəxsə asanlıqla Rusiya vətəndaşlığını ala bilməsinə şərait yaradılıb. Görürsünüz, Rusiya iki dolayı gedişlə özü üçün istənilən ölkəyə müdaxilə etmək üçün zəmin hazırlayıb. Ona görə mən ziyalı adı altında, diplomlu və əslində, millətinə işıq tuta bilməyən, başqa millətlərə xidmət edən manqurtların fikirlərini çox da geniş şərh etmək niyyətində deyiləm.

Ancaq fikrim budur ki, Azərbaycanda başqa xarici dillər – ingilis, fransız və digər dillər necə tədris olunursa, rus dili də o qayda ilə öyrədilməlidir. Burada Azərbaycan mədəniyyətini aşındırmaq və başqa mədəniyyəti dominant hala gətirmək yolverilməzdir”.

Aqil Bəkir

www.yenicag.az

2721
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100