Rüstəmbəyovun yubileyi qeyd olunub

media-hightechnic-468x90

75666Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə dekabrın 5-də Dövlət Film Fondunda tanınmış Azərbaycan rejissoru Kamil Rüstəmbəyovun 90 illik yubileyi qeyd olunub.

Tədbiri rejissor, Əməkdar İncəsənət Xadimi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev açıb. O, görkəmli rejissorun xatirəsini anmağa gələn qonaqlara təşəkkür edərək, Kamil Rüstəmbəyovun Azərbaycan kinematoqrafı qarşısında misilsiz xidmətlərindən söz açıb. C.Quliyev bildirib ki, K.Rüstəmbəyov ölkəmizdə mədəniyyətin inkişafına böyük töhfə verib.

Əməkdar Mədəniyyət İşçisi, Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə yubilyar barəsində xatirələrini bölüşərək bildirib ki, K.Rüstəmbəyov “Aygün”, “Dağlarda döyüş”, “Dərviş Parisi partladır”, “Sonuncu aşırım” və s. kimi filmlərin rejissorudur.

Gecədə K.Rüstəmbəyovun həyat və fəaliyyətindən söz açan qısametrajlı film nümayiş etdirilib.

Yubiley tədbirində mədəniyyət və incəsənət xadimləri, K.Rüstəmbəyovun qohumları və dostları, habelə onun yaradıcılığının pərəstişkarları iştirak ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600