Bərdə Rayon Məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda ittiham olunan hakimi Elsun Əhmədovun məhkəməsi başa çatıb.
Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Bu cinayətinə görə hakimlikdən çıxarılan hüquqşünas cinayət məsuliyyətinə cəlb edilsə də, həbs edilməmişdi. Onun nüfuzu və bəlli yaşayış yeri olması nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Keçmiş həmkarının işini araşdıran Dadaş İmanovun sədrlik etdiyi hakimlər verilmiş ittihamların sübuta yetirildiyi qənaətinə gəliblər.
Amma eks hakimə ittiham edildiyi maddənin sanksiya həddindən aşağı cəza verilib. Külli miqdarda rüşvət alma maddəsinin sanksiya həddi 8 ildən 12 ilədək azadlıqdan məhrum etmədir.
Hökmə əsasən Elsun Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.
Qeyd edək ki, eks hakim icraatında olan işlərdən birində təqsirləndirilən şəxsin yaxınından külli miqdarda pul almaqda ittiham edilirdi. Onun qanunsuz əməlinin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən açılıb.
Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün Məhkəmə-Hüquq Şurasının 21 qərarı ilə səlahiyyət müddəti uzadılmayıb.
www.yenicag.az