Sabah 20 dərəcəyədək isti olacaq - Hava proqnozu

media-hightechnic-468x90

Noyabrın 30-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 13-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Noyabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600