Sabah Bakıda hərbi yürüş keçiriləcək

media-hightechnic-468x90

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən – Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.

media-ziraat-728x90

Sabah Bakıda hərbi yürüş keçiriləcək

media-hightechnic-468x90

95917Mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12.00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcək.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin də nizami keçidi təşkil ediləcək.

Respublika Günü münasibətilə mayın 28-də saat 17:00-dan 19:00-dək Bakının müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Orkestrlər müəyyən olunmuş 6 nöqtədə çıxış edəcəklər (Fəvvarələr, Azneft və Azadlıq meydanları, Əhmədli qəsəbəsindəki Heydər Əliyev parkı, Zərifə Əliyeva adına park və Zabitlər parkı).

Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran və Qusar şəhərlərində də Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600