İyunun 21-də Bakıda musiqi bayramı təşkil ediləcək.
Tədbir Fransanın ölkəmizdəki səfirliyi və Fransız İnstitutu tərəfindən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Məkanı, “Street Food” festivalı və “Maks Events”in birgə iştirakı ilə reallaşacaq.
Peşəkar və həvəskar musiqiçilərə açıq olan bu festival müxtəlifliyi dəyərləndirən, musiqi janrlarına fərq qoymayan canlı musiqini bayram edir.
Yay fəslinə düşən bu bayram küçələrdə, ictimai park və bağlarda, binaların həyətlərində və ictimaiyyətə digər açıq yerlərdə qeyd edilir. Musiqi ifası Bakının küçələrində səslənəcək, İçərişəhərin dar küçələrini canlandıracaq, Fəvvarə meydanı və Nizami küçəsi boyunca yayılacaq.
www.yenicag.az