Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
“Sumqayıt” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.
Xatırladaq ki, bu turun əvvəlki oyunlarında “Zirə” “Kəpəz”lə, “Neftçi” də “Şamaxı” ilə oxşar hesablı (1:1) heç-heçəyə razılaşıbsa, “Qəbələ” “Turan Tovuz”a (1:2), “Səbail” “Qarabağ”a (0:3) məğlub olub.
Azərbaycan Premyer Liqası
XXXIV tur
17 may
“Sumqayıt”– “Sabah” 0:4
Qollar: Con İrasabal, 34. Davit Volkov, 44. Kristian da Silva, 45+1. Kristian Sebalyos, 72.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev.
“Kapital Bank Arena”, 19:30.
www.yenicag.az