Sabahdan 40% bahalaşma ola bilər
Bu gün qəzet köşklərinə yerli qəzetlər verilməyib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, mətbuat yayım işçiləri bunun qəzetlərin bahalaşması ilə əlaqədar olduğunu bildirir.
Onların sözlərinə görə, sabahdan yerli qəzetlərin yeni qiymətə satılacağı bildirilir. Dəqiq qiymətin nə qədər olacağı bilinməsə də qəzetlərdə 30-40 faiz arasında artım olacağı gözlənilir.
Qeyd eədk ki, Azərbaycanda dükanlarda çörəkdən başqa, demək olar ki, bütün məhsullarda qiymət azı 35-40 faiz artıb. Lakin rəsmi qurumlar qiymət artımının olmadığını bildirirlər.
Belə ki, satıcılar süni şəkildə qiymətləri artırıblar. Ekspertlər isə baş verənləri özbaşınalıq adlandırır. Millət vəkili, iqtisadçı Əli Məsimli mövzuyla bağlı ANS-ə açıqlama verərkən bu işə rəvac verənləri vicdansız adlandırıb.