Sabahdan Bakının iki mərkəzi küçəsində hərəkət bərpa olunacaq

media-hightechnic-468x90

Sabahdan Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsindən nəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

Qurum rəsmisi deyib ki, qeyd olunan yollarda aparılan təmir işləri bu gün ərazində başa çatacaq. Sabah səhər saatlarından isə yollar tam istifadəyə veriləcək.
Qeyd edək ki, Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsində üç gündür təmir işləri aparılır. Bununla bağlı həmin yollarda avtomobillərin hərəkəti dayandırılıb.

Sabahdan marşrut avtobusları da ənənəvi xətlə hərəkət edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600