!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq baş nazir həbsdən çıxdı - FOTO

!Reklam – Yazi

islamabadın Yüksək məhkəməsi apellyasiya şikayətinə baxaraq Pakistanın sabiq baş naziri Nəvaz Şərifi həbsdən azad etmək qərarına gəlib. O, korrupsiya işi üzrə on illik həbs cəzasının iki ayını barmaqlıqlar arxasında keçirib.

Yenicag.az xəbər verir ki, sabiq baş nazir iyul ayında qızı Məryəm ilə birgə ölkəyə qayıdan zaman Laxor şəhərinin beynəlxalq aeroportunda həbs olunmuşdu.

Şərif barədə təhqiqat “Panama arxivində” dərc olunan materiallardan sonra başlamışdı. Materiallarda Şərifin bir neçə övladının, ehtimallara görə, pul vəsaitinin köçürülməsi və xarici aktivlərin satın alınması üçün istifadə edilən ofşor kompaniyalarla əlaqəsindən bəhs edilirdi.

2017-ci ilin iyul ayında Ali məhkəmə Nəvaz Şərifi baş nazir postundan uzaqlaşdırmışdı.

Pakistan məhkəməsi Londonda bahalı evlərin alınması ilə əlaqədar korrupsiya işi üzrə sabiq Baş naziri qiyabi olaraq 10 il, qızını isə 7 il həbs cəzasına məhkum etmişdi. Bundan sonra Nəvaz Şərif məhkəmənin qərarından apelyasiya vermişdi.

COP29

www.yenicag.az

2932
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv