!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq dövlət müşavirindən Qazaxla bağlı MÜHÜM AÇIQLAMA: "Məqsəd Azərbaycanı qızışdırıb o kəndlərə..."

!Reklam – Yazi

“Ermənistan və havadarları istəyir ki, bölgədə yenidən isti müharibə olsun”.

Bu sözləri Qazaxın 4 kəndinin qaytarılma ehtimalı və Ermənistan Baş naziri Nikol Paşinyanın bunu təkzibi barədə edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Paşinyanın niyyəti Azərbaycanı provokasiyaya çəkməkdir:

“Paşinyan dəfələrlə deyib ki, Qazaxın 7 kəndi Azərbaycana məxsusdur. İndi isə bunu inkar edir. Bu o deməkdir ki, Paşinyan başqa yerlərdən təlimat alıb. Məqsəd Azərbaycanı qızışdırıb o kəndlərə Azərbaycanın hücumunu təşkil etməkdir. Beləliklə, bölgədə gərginliyi artırmaq istəyir. İndiyə qədər sülh-sülh deyib gəzirdilər. İndi isə ritorikanı dəyişirlər.

Buada Ermənistanın özünün, Fransanın, hətta Rusiyanın da adını çəkmək olar. Mürəkkəb proseslər gedir. Çalışırlar ki, bölgədə yenidən isti müharibə olsun. Azərbaycan gərək təmkinli davrana”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv