!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq gömrük əməkdaşları ilə bağlı qərar ləğv edildi

!Reklam – Yazi

Ali Məhkəmədə Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda təqsirli bilinən sabiq əməkdaşları – Orxan Zöhrabov və Mirağa Ağayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Yenicag.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Xatırladaq ki, məhkum edilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Mirzəyevə beş il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini qismən təmin edib. Şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev üç il, Ceyhun Şabanov və Sadiq İsgəndərov isə iki il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar. Orxan Zöhrabov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib. Həbsdə olan Elmar Mirzəyevin cəzası beş il üç aya qaldırılıb. Ali Məhkəmənin qərarına əsasən, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin sabiq baş inspektoru Elmar Mirzəyevin cəzası bir il azaldılaraq dörd il üç aya endirilib. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar digər məhkumlara münasibətdə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Sadiq İsgəndərov Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş maliyyə naziri Xalid İsgəndərovun oğlu, Azər Baxşıyev isə Naxçıvan MR-in keçmiş baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur./pravda.az

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv