Sabiq prezidentin oğlu zorakılıq aktlarında təqsirləndirilir

media-hightechnic-468x90

iiyiy7Kiyevdə Müstəqillik Meydanının (Maydan) dağıdılmasında, eləcə də yanvarın 26-da Zaporojyedə nümayişçilərə zor tətbiq edilməsində Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandrın əli olduğu bildirilir.

Bu barədə Zaporojyenin prokuroru Aleksandr Şatski mətbuat konfransında bəyan edib.

Prokuror deyib ki, hüquq-mühafizə orqanlarının əlində bu barədə materiallar var: “Bu əməliiyyatları Yanukoviçin böyük oğlu Aleksandr işləyib hazırlayıb”.

Prokuror onu da deyib ki, vilayət hakimiyyətinin nümayəndələri “tituşki” adlanan bandit qruplaşmalarının təşkilatçılığına da qarışıblar.

Qeyd edək ki, “tituşki”lər zaporojyelilərin və jurnlistləri kütləvi şəkildə əzişdirmiş, 30-dan artıq adama bədən xəsarəti yetirmişdilər. Hazırda onların barəsində cinayət işi açılıb(musavat.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600