Sabir Rüstəmxanlı yenidən “Birlik” qurultayı keçirmək istəyir

media-hightechnic-468x90

sabirbeyyydgfDünya Azərbaycanlıları Konqresinin qərargahında DAK-ın növbəti 13-cü qurultayının keçirilməsi ilə bağlı yığıncaq keçirilib. Yığıncaqda növbəti Qurultaya hazırlıq işləri ilə əlaqədar İşçi qrupu təsis edilib, İşçi qrupunun  Bakı heyətinə DAK həmsədri, VHP sədri  millət vəkili Sabir Rüstəmxanlı başçılıq edir.

Bu barədə VHP Mətbuat Xidmətindən verilən məlumata görə, Qurultaya hazırlıq işləri ilə əlaqədar, həmçinin bölgə nümayəndələrinin də  işçi qrupunun heyətinə cəlb edilməsi nəzərdə tutulub. Qurultayın aprel ayının birinci yarısında keçirilməsi planlaşdırılır. Qurultayın gerçəkləşəcəyi günə qədər DAK idarə heyətinin üzvləri və  digər maraqlananların PALTALK vasitəsilə əlaqə saxlayıb görüşlər keçirəcəkləri qərarlaşdırılıb.

13- cü Qurultayın DAK- ın tarixində xüsusi bir hadisə olacağı  gözlənilir. Belə ki, İşçi qrupunun fevralın 6- da keçirilən ilk yığıncağında qərara alınıb ki, vaxtilə DAK üzvü olub, sonra müxtəlif səbəblərdən qurumdan uzaqlaşmış köhnə fəallar və DAK adına iddialı bütün qurumlar və şəxslər də dəvət olunmaqla 13- cü Qurultay birləşdirici Qurultay olsun.

Qurultaya qədər DAK -ın Bakıda bir neçə konfrans təşkil etməsi nəzərdə tutulur. Onlardan biri  fevralın 12- də  Beynəlxalq Mətbuat Mərkəzində keçirilməsi nəzərdə tutulan  “ Türklərin hüquqları baxımından  İranda  son durum”  adlı elmi-praktik konfransdır.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600