Sabirabadda QƏZA: Ölənlər var - FOTO

media-hightechnic-468x90

Sabirabadda “Mercedes” markalı avtomobilin kanala aşması nəticəsində ölənlər və yaralananların şəxsiyyəti məlum olub.

Yenicag.az xəbər verir ki, Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində sürücü, Beyləqan rayonunun Yeni Mil-qəsəbə sakini, 1995-ci il təvəllüdlü Vəlizadə Elman Mürşüd oğlu və avtomobildə olan sərnişin Ağcabədi rayonunun Xocavənd kənd sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı suda boğularaq ölüblər.

Digər sərnişinlər – Beyləqan rayonunu Yeni Mİl qəsəbə sakinləri olan sürücünün atası 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, anası 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əlağa qızı və sürücünün nişanlısı Ağcabədi rayonunun Xocavənd kənd sakini, 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı yüngül xəsarətlər alıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600