ŞAD XƏBƏR – Türkiyə də Azərbaycanla sürücülük vəsiqələrinin tanınmasını təsdiqlədi

media-hightechnic-468x90

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı şəkildə tanınması tam reallaşıb.

Bu barədə Yenicag.az “Resmi Gazete”yə istinadən xəbər verir.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi” haqqında Sazişi təsdiqləyib.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişi 2016-cı il mayın 6-da təsdiqləyib.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Saziş 2016-cı il martın 15-də Ankara şəhərində imzalanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600