Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqa səfəri çərçivəsində “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edib.
Yenicag.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın təşəbbüsü ilə AŞPA, ATƏT PA, Aralıq dənizi Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsi ilə birlikdə təşkil olunan tədbirdə Sahibə Qafarova bildirib ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq humanitar hüququn prinsiplərini pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir.
Milli Məclisin Sədri beynəlxalq təşkilatları bu məsələdə Ermənistana təsir göstərməyə çağırıb.
Həmin çıxışın videosunu təqdim edirik:
www.yenicag.az