Şahin Mustafayev Əfqanıstanın səfirini qəbul etdi
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalilini qəbul edib.
Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə Ş. Mustafayev səfir təyin olunması münasibətilə M. T. Xalilini təbrik edib, iki ölkə arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulamış, iqtisadi əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.
Diplomat öz növbəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.