Şahmatçımız Vüqar Rəsulov Aqzamov memorialında ikinci oldu

media-hightechnic-468x90

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən şahmat üzrə Aqzamov memorialına yekun vurulub.

Yenicag.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Vüqar Rəsulov 7,5 xalla turniri ikinci pillədə başa vurub. Digər şahmatçımız Misrətdin İsgəndərov isə 6,5 xalla səkkizinci yerdə qərarlaşıb.

On bir ölkədən 63 şahmatçının mübarizə apardığı turnirin qalibi 8 xalla Beynəlxalq Şahmat Federasiyasını (FIDE) təmsil edən Volodar Murzin olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600